SON XƏBƏRLƏR

Amerikanın yeni dövlət katibi Netanyahu və Salmanla İranı müzakirə etdi

2025.01.23, 14:16
Amerikanın yeni dövlət katibi Netanyahu və Salmanla İranı müzakirə etdi

Amerikanın yeni dövlət katibi Marko Rubio Vaşinqtonun müttəfiqi İsrailə dəstəyini bir daha təsdiqləmək üçün İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb.

Gunaz.tv

Bu barədə Amerika Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, telefon danışığında İran və Qəzzada israilli girovlar kimi mövzular müzakirə edilib.

Dövlət Departamenti bildirib ki, bu, Respublikaçı Donald Tramp administrasiyası bazar ertəsi vəzifəyə başlayandan bəri Rubionun İsraillə ilk zəngidir.

Qeyd edək ki, bununla yanaşı Marko Rubio Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə də İran və onun proksi qüvvələrinin təhdidləri barədə danışıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar