SON XƏBƏRLƏR

Prokurorluqda 12 milli fəalın dindirilmə iclası keçirilib

2025.01.25, 10:00
Prokurorluqda 12 milli fəalın dindirilmə iclası keçirilib

Yanvarın 24-də Təbrizin Dövlət və İnqilab Prokurorluğunun 15-ci bölməsində 12 milli fəalın dindirilmə iclası keçirilib.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, Güney azərbaycanlı fəallar “sistem və cəmiyyətə qarşı çıxmaq məqsədi ilə qeyri-qanuni qruplaşmaya üzv olmaq, daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün əlbir olmaq”da ittiham olunublar.

Araz İbrahimnejad, Davud Şiri, Mehrdad Qadiri, Yürüş Mehrəlibəyli, Həmid Yeganpur, Məhəmməd Rza Müvəhhed, Əmir Hüseyn Ağayi, Əli Babayi, Cavad Sudbər, Mürtəza Nurməhəmmədi, Hüseyn Azadi və İbrahim Əvəzzadə barələrində irəli sürülən ittihamlara görə müdafiə çıxışı ediblər.  

Keçmiş siyasi fəal Yürüş Mehrəlibəyliyə qarşı isə qeyd olunan ittihamlardan əlavə “rejimə qarşı çıxmaq niyyəti ilə qrup yaratmaq” ittihamı da irəli sürülüb.

Nasir Rəzmcunun da bu cinayət işində adı olmasına baxmayaraq, prokurorluq ona çağırış məktubu göndərmədiyinə görə, o dindirilmə iclasında iştirak etməyib.

Qeyd edək ki, adı çəkilən fəallar ötən ilin müxtəlif dövrlərində həbs edilərək Təbriz həbsxanasına köçürülüb, bir müddət sonra isə girov qarşılığında müvvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar