SON XƏBƏRLƏR

Mina partlayışı- Daha bir etnik bəluç həlak oldu

2025.01.26, 14:16
Mina partlayışı- Daha bir etnik bəluç həlak oldu

İranın Sistan və Bəluçistan əyalətinin Mircavə bölgəsində mina partlaması nəticəsində daha bir etnik bəluç həyatını itirib.

Gunaz.tv

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, 30 yaşlı Hüseyn Şahnavazi əkin sahəsində getdiyi vaxt SEPAH-ın quraşdırdığı minaya düşərək həlak olub.

Qeyd edək ki, SEPAH Pakistan və Əfqanistanla sərhəd bölgələrdə çox sayda mina qurub.

Ötən il onlarla mülki bəluç həmin minaların qurbanı olub.

Konvensional Silahların İstifadəsinin Qadağan edilməsi haqqında Konvensiyaya (ASQ) əsasən, minalardan istifadə qanuniləşdirilməli və minalanmış ərazilər işarələnməli, mühasirəyə və qeydiyyata alınmalıdır. 

İran hökuməti həmin konvensiyaya qol çəksə də, "sərhəd bölgələrində qaçaqmalçılıq və qanunsuz miqrasiya ilə mübarizə" adı altında minaları quraşdırmağa davam edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar