SON XƏBƏRLƏR

İran Rusiyadan Su-35 alıb

2025.01.28, 13:09
İran Rusiyadan Su-35 alıb

SEPAH-a bağlı Hatəm əl-Ənbiya qərargahının koordinator müavini Əli Şadmani iddia edib ki, İran Rusiya istehsalı olan Sukhoi 35 qırıcı təyyarələri alıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "The Times of İsrael" məlumat paylaşıb.

Qərargah rəisinin müavini təyyarələrin İrana gətirilib, gətirilmədiyini bildirməyib. Bundan başqa, onların sayı barədə də məlumat verilməyib. İlk dəfədir ki, İran rəsmisi Su-35 təyyarələrinin alınmasını təsdiqləyir.

İranın Hərbi Hava Qüvvələrində 1979-cu il İslam İnqilabından əvvəl əldə edilmiş köhnə ABŞ modelləri və bir neçə Rusiya istehsalı qırıcı təyyarələr var.

Qeyd edək ki, İran uzun zaman idi ki, Rusiya ilə SU-35-lərin alınması istiqamətində danışıqlar aparırdı. Lakin həmin danışıqlarda konkret nəticəyə gələ bilmirdilər.

Bəzi ekspertlər bildirirlər ki, İranın bu açıqlaması blef də ola bilər. Onların sözlərinə görə, Ukrayna ilə müharibə dövründə Rusiya özü kənardan silah axtarır. Üstəlik, Moskvanın aviasiyaya ciddi ehtiyacı var. Ekspertlər qeyd edirlər ki, bu fonda Rusiyanın indiki məqamda İrana qırıcı təyyarələr satması inandırıcı görünmür.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar