SON XƏBƏRLƏR

Milli fəal təhlükəsizlik bölməsinə köçürülüb

2025.01.29, 10:56
Milli fəal təhlükəsizlik bölməsinə köçürülüb

Təbrizli fəal Səməd Heydəri, yanvarın 28-də təhlükəsizlik idarəsinin təcridxanasından Təbriz həbsxanasının təhlükəsizlik bölməsinə köçürülüb.

Gunaz.tv

O, bu barədə ailəsi ilə qısa telefon danışığı zamanı məlumat verib.

Qeyd edək ki, təhlükəsizlik məmurları yanvarın 23-ü gecə saatlarında Təbrizdə Səməd Heydəri və Rza Səlimi adl gənc fəalları həbs ediblər.

Həm də "Traxtur" futbol komandasının tərəfdarı olan gənclər bundan əvvəl də 2022-ci ilin etiraz aksiyalarında və "Traxtur" komandasının oyununda həbs ediliblər.

Fəalların nədə ittiham olunduqları barədə məlumat verilmir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar