SON XƏBƏRLƏR

Azərbaycan yaxın vaxtlarda təyyarə qəzası ilə bağlı istintaqın nəticələrini açıqlayacaq

2025.01.29, 14:01
Azərbaycan yaxın vaxtlarda təyyarə qəzası ilə bağlı istintaqın nəticələrini açıqlayacaq

AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasının nəticələri barədə məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Gunaz.tv

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a bildirib.

“Azərbaycanın müvafiq qurumları AZAL-ın sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyik”, - Hikmət Hacıyev qeyd edib.

Qeyd edək ki, Qazaxıstan Baş prokurorunun müavini Qalımjan Koygeldiyev verdiyi ən son açıqlamada bildirmişdir ki, istintaq davam edir:

"Qazaxıstanın Baş Prokurorluğu Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir. İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi, asan məsələ deyil. Nəticələri gözləyirik."

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar