SON XƏBƏRLƏR

Milli fəallar təhlükəsizlik təcridxanasına qaytarıldı

2025.01.30, 10:29
Milli fəallar təhlükəsizlik təcridxanasına qaytarıldı

Təbrizli fəallar Səməd Heydəri və Rza Səlimi yanvarın 29-da Təbriz həbsxanasından yenidən təhlükəsizlik idarəsinin təcridxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

"Bundan əvvəl ailələri ilə telefon danışığı zamanı yanvarın 28-də Təbriz həbsxanasına köçürüldüklərini deyən fəallar, yenidən təhlükəsizlik idarəsinin təcridxanasına qaytarılıblar və bu onların vəziyyəti və ittihamları barədə ailələrinin nigaranlığını artırıb",- məlumatda bildirilib.

Qeyd edək ki, təhlükəsizlik məmurları yanvarın 23-ü gecə saatlarında Təbrizdə Səməd Heydəri və Rza Səlimi adl gənc fəalları həbs ediblər.

Onlarn həbs səbəbi və harada saxlanıldıqları barədə məlumat verilməyib.

"Traxtur" futbol komandasının tərəfdarı olan gənclər bundan əvvəl də 2022-ci ilin etiraz aksiyalarında və "Traktor" komandasının oyununda həbs ediliblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar