SON XƏBƏRLƏR

Daha bir təyyarə qəzası: CƏSƏDLƏR çaydan çıxarılır

2025.01.30, 11:28
Daha bir təyyarə qəzası: CƏSƏDLƏR çaydan çıxarılır

Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsi toqquşdu.

Gunaz.tv

Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 19 nəfər həlak olub.

Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşub. “American Airlines” şirkəti Reyqan Milli Hava Limanı yaxınlığında qəzaya uğrayan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. Qeyd olunub ki, qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib.

Vaşinqton yanğınsöndürmə idarəsinin rəisi John Donnelly həyata keçirilən bütün axtarış-xilasetmə səylərinin suda olduğunu və şərtlərin “təhlükəli” olduğunu söylədi.

“Bizim axtarış əməliyyatı apardığımız suyun dərinliyi təxminən 3 metrdir, külək var, orada buz parçaları var, ona görə də işləmək sadəcə təhlükəli və çətindir”, - Donnelli bildirib. "Su qaranlıqdır, bulanıqdır və bu, xilasedicilərin suya dalması üçün çox çətin bir vəziyyətdir." O əlavə edib ki, axtarış-xilasetmə əməliyyatı çox güman ki, bir neçə gün çəkəcək.

Vaşinqton üzərində baş vermiş təyyarə qəzası qurbanların sayına görə son onilliklər ərzində ABŞ-də ən böyük qəza ola bilər.

 

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar