SON XƏBƏRLƏR

Şirazda 5 məhbus edam edildi

2025.01.30, 12:19
Şirazda 5 məhbus edam edildi

İranın Şiraz şəhərininAdilabad həbsxanasında 5 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhkumlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.

Bu, Avropa Birliyinin İranda edam hökmlərinin sayının artmasından narahatlıq ifadə edən bəyanatının yayılmasından 1 gün sonraya təsadüf edir.

Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və  bu son 30 il ərzində həyata keçirilən ən yüksək edam sayıdır.

İnsan haqları təşkilatları son 1 ildə edam edilənlərin 930-nun kimliyi müəyyənləşdirə biliblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar