SON XƏBƏRLƏR

Azərbaycanın iki şəhərində ailə münaqişəsi zəminində 9 nəfər həlak oldu

2025.02.03, 14:43
Azərbaycanın iki şəhərində ailə münaqişəsi zəminində 9 nəfər həlak oldu

Həmədan əyalətinin Corqan və Şərqi Azərbaycan əyalətinin Binab şəhərində ailə münaqişəsi zəminində baş verən hadisə nəticəsində ümumilikdə 9 nəfər həyatını itirib.

Gunaz.tv

Bu barədə hər iki şəhərin prokurorluğu məlumat yayıb.

Məlumata görə, Binab şəhərində 40 yaşlı ailə başçısı həyat yoldaşını, 15 yaşlı qızını və 11 yaşlı oğlunu qətlə yetirdikdən sonra intihar edib.

Bununla eyni vaxtda Binabın başqa bölgəsində 33 yaşlı şəxs ov tüfəngindən atəş açaraq 35 yaşlı qardaşını öldürüb.

Həmədan əyalətinin Corqan şəhərində isə ailə başçısı həyat yoldaşı, baldızı və qaynanasını tapançadan atəş açaraq qətlə yetirib, daha iki qohumunu isə ağır yaralayıb.

Həmədan əyalətinin prokuroru Abbas Nəcəfi qatilin hadisədən yarım saat sonra öz başına atəş açaraq intihar etdiyini bildirib.

Hər üç hadisənin ailə münaqişəsi zəminində baş verdiyi qeyd olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar