GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İsrail Qəzzada HƏMAS-ın hərbi obyektinə və gəmilərinə zərbələr endirib
62 illik arxiv açıldı – İlginc detallar
Gizli arxiv üzə çıxdı! Əsəddən Hizbullaha logistik dəstək
May Sato: İran dünyada ən yüksək edam nisbətinə malikdir
Rusiyada helikopter qəzaya uğrayıb
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Atakişi Atayev dəfn olunub
Urmu mediası Kəşfiyyat Nazirliyi tərəfindən hədələnib
Ukrayna PUA-ları neft anbarını və boru kəmərini vurdu
KİV: Amerika Ukrayna ilə bağlı sazişdə Aİ-nin iştirakını qaçılmaz hesab edir
Rusiya ordusu Kiyevə və bir neçə şəhərə hücum etdi
Zəncanda polis vətəndaşlara hücum edib
"20 Yanvar" stansiyasında törədilən terror aktından 31 il keçir
İranın ədliyyə naziri erməni səfirlə görüşdü
Quterreş: Kipr sammiti iştirakçıları razılığa gəldilər
Danimarka, Norveç və İsveç 2025-ci ildə Ukraynaya 12 milyard dollar ayıracaq
Polşa Rusiya və Belarus ilə sərhədi minalayacaq
London və Brüssel Kiyevə silah tədarükünün sürətləndirilməsi barədə danışıqlar aparır
ABŞ-də Kennedinin qətli ilə bağlı sənədlər dərc edilib
Şolts və Makron Ukraynaya əlavə hərbi yardım vəd etdilər
Zelenski: Sülh naminə Rusiyaya təzyiq davam etməlidir
Tramp: “Münaqişə davam edərsə, dünya müharibəsi olacaq”
Makrondan Putin-Tramp danışıqlarına münasibət: "Silahlanmaq lazımdır"
İranda çərşənbə şənlikləri - 19 nəfər öldü
Sima Əlipur 400 milyon Tümən girov müqabilində sərbəst buraxılıb
Husilər Amerika “Harry Truman” gəmisinə zərbə endiriblər
Vitkoff: Ukraynada atəşkəs martın 23-də Ciddədə müzakirə olunacaq
Tramp: Amerika Rusiya ilə genişmiqyaslı ticarətdə maraqlıdır
Amerika Rusiya ilə Çinin daha da yaxınlaşmasını istəmir
Zelenski Trampın Putinlə telefon danışığına münasibət bildirib
Ağ Ev Tramp və Putin arasında telefon danışığına dair bəyanat yayıb
Ağ Ev: Tramp və Putin İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini bölüşüblər
İran Hindistandan Ermənistana silah daşıyır?
Urmuda iki aksiya - Çərşənbə şənliyi siyasi mitinqə çevirildi
Ərdoğan: Rusiya ABŞ-nin atəşkəs çağırışını qəbul etməlidir
İran valyutasından tarixi antirekord- 1 dollar 100 min tüməni keçdi
Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə Azərbaycanda mərasim keçirilib
Tramp Putinlə nələri müzakirə edəcək: Ukrayna, Suriya ...
Fridrix Merz: Yeni müdafiə xərcləri Putinin Avropaya qarşı savaş planını pozur
Putin atəşkəslə bağlı bu tələbi irəli sürdü
Amerika İranın hərbi gəmisini vurdu - İddia
Rəsmi Bakı: Ermənistan Baş nazirinin ofisinin bəyanatını qətiyyətlə rədd edirik
HƏMAS kompromisə getməyəcəyini bəyan edib
Ceyhun Bayramov Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı ilə bağlı məlumat açıqlayıb.
Nazirlikdən GünazTV-yə verilən məlumata görə, Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlayıb. Bu araşdırmanın məqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi olub, təqsirli şəxslərin müəyyən edilməsi ilə bağlı deyildir. Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə tövsiyələr verməkdir. Azərbaycan Respublikası hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak edib.
Azərbaycan nümayəndələri araşdırmanın bütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və video görüntülərin təmin edilməsi, hava gəmisinin qara qutularında (CVFDR avadanlıqlarında) olan məlumatların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) oxunması prosesində iştirak etmişlər, əlavə məlumat və sübutların toplanmasını da həyata keçirmişlər. Məlumat üçün bildiririk ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və kabinadakı səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. Embraer 190-100 IGW təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDR cihazı mövcud olub.
BMAT tələblərinə əsasən, qəzanı araşdıran dövlət 30 gün ərzində ilkin faktiki məlumatları əks etdirən hesabatı BMAT və maraqlı tərəflərə təqdim etməlidir. Qazaxıstanda yaradılmış araşdırma komissiyası bu hesabatın hazırlanmasına Azərbaycan nümayəndələrini də cəlb edib.
İlkin hesabat aşağıdakı faktları təsdiq edir:
1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb.
2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. Bu məlumat FDR vasitəsilə təsdiq olunub.
3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.
4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.
5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.
6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.
7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.
8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.
9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir.
10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.
Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.
BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılıb.
Gizli arxiv üzə çıxdı! Əsəddən Hizbullaha logistik dəstək
May Sato: İran dünyada ən yüksək edam nisbətinə malikdir
Urmu mediası Kəşfiyyat Nazirliyi tərəfindən hədələnib
KİV: Amerika Ukrayna ilə bağlı sazişdə Aİ-nin iştirakını qaçılmaz hesab edir
Zəncanda polis vətəndaşlara hücum edib
London və Brüssel Kiyevə silah tədarükünün sürətləndirilməsi barədə danışıqlar aparır
Zelenski: Sülh naminə Rusiyaya təzyiq davam etməlidir
İranda çərşənbə şənlikləri - 19 nəfər öldü
Sima Əlipur 400 milyon Tümən girov müqabilində sərbəst buraxılıb
Husilər Amerika “Harry Truman” gəmisinə zərbə endiriblər
Tramp: Amerika Rusiya ilə genişmiqyaslı ticarətdə maraqlıdır
Amerika Rusiya ilə Çinin daha da yaxınlaşmasını istəmir
İran Hindistandan Ermənistana silah daşıyır?
Urmuda iki aksiya - Çərşənbə şənliyi siyasi mitinqə çevirildi
İran valyutasından tarixi antirekord- 1 dollar 100 min tüməni keçdi
Fridrix Merz: Yeni müdafiə xərcləri Putinin Avropaya qarşı savaş planını pozur
Amerika İranın hərbi gəmisini vurdu - İddia
Rəsmi Bakı: Ermənistan Baş nazirinin ofisinin bəyanatını qətiyyətlə rədd edirik
Ərəb şair və jurnalistlərə həbs cəzası verildi
Qalyan: “Ermənistanın yeni konstitusiyası sülhə təhlükə yaratmayacaq”
Qazaxıstanın Türküstan şəhərinə özəl status verilib
Kərim İsmayılzadə həbs olunaraq Təbriz zindanına köçürülüb
Təbrizdə təcili yardım işçiləri də etiraz aksiyası keçirdilər
Qərbi Azərbaycanda kürd terror qruplaşmalarının tərəfdarlarının Novruz bəhanəsi ilə qızışdırılması davam edir
Zelenski: Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı davam edir, qoşunların mühasirəsi yoxdur
BMT Güney Azərbaycanla bağlı hesabat hazırladı
Təhlükəsizlik məmurları təbrizli xanım fəalın evinə hücum edib
SEPAH-ın Birinci Naziri: Biz deyirdik ki, TBT Təbrizli Tərbiyəsiz Türk deməkdir!
ABŞ İrana bağlı cinayətkar şəbəkəyə sanksiya tətbiq etdi
İrana qarşı tətik mexanizmini işə sala bilərik - Britaniya
İran yeni əskinas buraxdı
Həmədanlı şair və həyat yoldaşına həbs cəzası verildi
Traxtur uduzdu, rəqib komanda təhqiramiz paylaşım etdi
Ukrayna ordusu əks-hücuma keçdi
Rusiya İrandan uzaqlaşa bilər
Böyük Britaniya, Putin atəşkəsdən imtina edərsə, Rusiyaya iqtisadi təzyiq göstərməyə çağırıb
Pekində İran, Çin və Rusiya arasında görüş keçirilib
Sünni din xadimi hökumətə etiraz etdi - Bu qeyri-insani hərəkətdir