SON XƏBƏRLƏR

Reuters: AZAL təyyarəsinin Rusiyanın “Pantsir-S” ilə vurulduğuna dair sübutlar əldə olunub

2025.02.05, 11:09
Reuters: AZAL təyyarəsinin Rusiyanın “Pantsir-S” ilə vurulduğuna dair sübutlar əldə olunub

Azərbaycan hökumətindəki mənbələrə istinadən Reuters xəbər agentliyi bildirib ki, Azərbaycan Rusiyanın “Pantsir-S” zenit-raket kompleksi ilə AZAL-a məxsus təyyarənin vurulduğunu sübut edən dəlillərə malikdir.

Gunaz.tv

"Reuters" agentliyinin bildirdiyinə görə ilkin hesabat təqsirkarı təyin etməkdənsə, gələcək qəzaların qarşısını almaq üçün dərslər çıxarmaq üçün qlobal aviasiya qaydalarına əsasən hazırlanmış hesabatdır.

"Hesabatda təyyarənin stabilizatorları, hidravlikası və trim sistemlərinin sıradan çıxdığı bildirilsə də, bunun səbəbləri barədə məlumat verilməyib. Lakin təyyarənin quyruq hissəsində çoxsaylı deşiklərlin olduğunu göstərən fotoşəkillər hesabata daxil edilmişdir. Sol stabilizatordan və hidravlik sistemdən çıxarılan "xarici metal əşyalar" kimi təsvir edilən fraqmentlər də hesabata daxil edildi.

Azərbaycanın yüksək rütbəli hökumət rəsmisi Reuters agentliyinə bildirib ki, hesabatda qeyd olunan xarici metal əşyalar Rusiyanın yer-hava tipli raketindən olub. Azərbaycan hakimiyyətinin əlində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin fraqmentləri var.

İlk dəfə idi ki, Azərbaycan hökumətindəki mənbə Braziliya istehsalı olan Embraer təyyarəsini Rusiyanın vurması ilə bağlı fiziki sübuta malik olduğunu iddia etdi."

Qeyd edək ki, Azərbaycan Nəqliyyat Nazirliyi Qazaxıstanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabatını şərh edib və hadisənin detalları böyük suallar doğurur. İlkin istintaq nəticələrində təyyarənin quşlarla toqquşmasına və ya bortdakı oksigen balonunun partlamasına dair heç bir dəlil tapılmayıb.
Təyyarənin müxtəlif hissələrində kənar obyektlərdən yaranmış çoxsaylı deşiklər və deformasiyalar aşkarlanıb.
Gövdədən çıxarılan “xarici obyektlər” ekspertizaya göndərilib.

 

 

Ş.E

 

Screenshot_8.png (733 KB)

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar