SON XƏBƏRLƏR

İŞİD-lə mübarizə üzrə dördtərəfli mexanizm yaradılır

2025.02.05, 16:02
İŞİD-lə mübarizə üzrə dördtərəfli mexanizm yaradılır

Türkiyə, İraq, Suriya və Ürdün regionda İŞİD terror təşkilatı ilə mübarizə üzrə dördtərəfli mexanizm yaratmaq niyyətindədir.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə bildirib.

Onun sözlərinə görə, bu mexanizm, həmçinin ölkələr arasında ümumi sərhədlərin təhlükəsizliyini təmin edəcək.

"İlkin razılaşmalar artıq əldə olunub. Mexanizm çərçivəsində ilk görüş xarici işlər, müdafiə nazirlərinin və kəşfiyyat xidmətləri rəhbərlərinin iştirakı ilə “3+3” formatında İordaniyada keçiriləcək", - o bildirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar