SON XƏBƏRLƏR

Rza Pəhləvinin konfransları ləğv edildi

2025.02.07, 13:13
Rza Pəhləvinin konfransları ləğv edildi

Almaniya Xarici İşlər Nazirliyi İranın keçmiş şahının oğlu Rza Pəhləvinin Münhen Təhlükəsizlik Konfransında iştirakının qarşısı alıb.

Gunaz.tv

Bu barədə Pəhləvi özünün X hesabında məlumat yayıb.

O, paylaşımında Almaniya hökumətinin bu hərəkətini tənqid edib və narazılığını bildirib.

Bununla yanaşı Hollandiya hökuməti də Pəhləvinin fevralın 13-ə nəzərdə tutulan konfransın ləğv edib.

Hollandiya parlamenti bunun iş qrafiki ilə bağlı problemlərə görə olduğu bildirilib.

Hollandiya və Almaniyadan əvvəl, Keçən həftə Britanianın Kembric Assambleyası da Rza Pəhləvinin konfransını ləğv etdiyini açıqlayıb.

Kembric, bunun təhlükəsizlik səbəbi ilə əlaqəli olduğunu iddia etsə də, təhlükənin hansı ölkə tərəfindən gözlənildiyini açıqlamayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar