SON XƏBƏRLƏR

İranın 25 əyalətində həyat iflic oldu

2025.02.08, 10:16
İranın 25 əyalətində həyat iflic oldu

İranda havaların kəskin soyuması, ağır qar yağması və enerji çatışmazlığı səbəbindən bu gün Şərqi Azərbaycan,  Qərbi Azərbaycan, Ərdəbil, Həmədan, Zəncan və Qəzvin əyalətlərində məktəblər, universitetlər və dövlət idarələri tətil elan edilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, tətil "enerji istehlakının idarə edilməsi" və "havanın çirklənməsinin qarşısını almaq" məqsədi daşıyır.

Bununla yanaşı eyni səbəbə görə, İranın 19 əyalətində də ümumi tətil elan edilib.

Qeyd edək kİ, ötən həftələrdə yanacaq təchizatı problemi səbəbindən bir çox elektrik stansiyaları bağlanıb və elektrik enerjisinin verilməsində uzun fasilələr yaranıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar