SON XƏBƏRLƏR

İran Futbol federasiyası "Traxtur"a qarşı qərar çıxardı

2025.02.10, 16:33
İran Futbol federasiyası "Traxtur"a qarşı qərar çıxardı

İran Futbol Federasiyası yanvarın 26-da "Traktor" və "Perspolis" komandalarının Tehranda keçirilən qarşılaşmasında baş verənlərə görə hər iki komandaya barədə cəza qərarı çıxarıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, növbəti mövsümdə iki komandanın qarşılaşması tamaşaçılarsız keçiriləcək.

Bununla yanaşı Futbol Federasiyası "Traktor" azarkeşlərinin "Perspolis" azarkeşlərinə xəsarət yetirdiyi iddiasına görə, Təbriz təmsilçisinin cərimələnməsi barədə də qərar çıxarıb.

Bu, "Traktor" Futbol Klubunun narazılığı ilə qarşılaşıb və klub federasiyanın qərarının ədalətsiz və qərəzli olduğunu bildirib.

"Təcili Tibbi Yardım Mərkəzinin verdiyi hesabata görə, o gün stadionda yaralanan 33 nəfərin hamısı "Traktor" azarkeşləri olub. İran Futbol Federasiyasının çıxardığı bu qərar, gələcəkdə oxşar hadisələrin baş verməsinə zəmin yaradır",- klubun yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, Təbrizin "Traxtur" komandası ilə Tehranın "Perspolis" komandası yanvarın 26-da yerli vaxtla saat 15:00-da Tehranın "Azadi" stadionunda qarşılaşıblar.

Gərgin şəraitdə keçən oyun zamanı tehranlı azarkeşlər davamlı olaraq "Traxtur" komandasının oyunçuları və azərbaycanlılara qarşı təhqiramiz və irqçi şüarlar səsləndiriblər.

Onlar meydana yad cisimlər atıb, Təbriz təmsilçisinin tərəfdarlarına hücum ediblər və nəticədə 33 nəfər yaralanıb.

"Traxtur" Klubu hadisə ilə bağlı İran Futbol Federasiyasına və məhkəməyə şikayət edib.

GünazTV  

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar