SON XƏBƏRLƏR

İranın Dehdəşt şəhərində yenidən etiraz aksiyası keçirilib

2025.02.13, 15:43
İranın Dehdəşt şəhərində yenidən etiraz aksiyası keçirilib

Fevralın 12-i gecə saatlarında İranın Kohqiluye və Boyer Əhməd əyalətinin Dehdəşt şəhərində dördüncü gecə olaraq etiraz aksiyası keçirilib.

Gunaz.tv

Bu barədə xarici və müxalifət mediası məlumat yayıb.

Məlumatlara görə, polis qüvvələri və avtomobillərinin hərəkətinin qarşısını almaq üçün yollarda təyərlər yandırılıb, küçələrdə üzərində hökumət əleyhinə şüarlar yazılmış plakatlar asıblar.

Yayılan videolarda "ölüm olsun Xaməneiyə", "ölüm olsun diktatora", "ölümolsun İslam Respublikasına", "bu il qiyam ilidir, Seyyid Əlinin devriləcəyi ildir"  və başqa bu kimi şüarların səsləndirildiyi əks olunub.

Bundan əvvəl fevralın 10-da keçirilən aksiyada 4, fevralın 11-də keçirilən aksiyada isə 6 nəfər həbs edilib, onlardan ikisi qadındır.

Qeyd edək ki, etiraz aksiyaları ölkədə elektrik enerjisinin verilişində uzun fasilələrin yaranmasından və Enerji Nazirliyinin problemin həlli üçün vətəndaşlara elektrik və maye qazdan istifadəyə qənaət barədə çağırışından sonra sonra başlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar