GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Azərbaycan ən təhlükəsiz ölkələr sırasında
ABŞ husilərin ələ keçirdiyi “Galaxy Leader” gəmisinə zərbə endirib
Tramp martın 18-də Putinlə danışmaq niyyətindədir
Husilər ABŞ-ın təyyarədaşıyan gəmisini vurdu
Britaniya qeyri-müəyyən müddətə Ukraynaya sülhməramlılar göndərməyi planlaşdırır
Amerika ordusu Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
İran nüvə proqramının bütün aspektlərindən əl çəkməlidir - Uolts
"Traxtur" yenidən liderliyə yüksəldi
"Arka" adlı uşağın adı Türkcə olduğu üçün 6 aydır şəxsiyyət vəsiqəsi almayıb
Zənganın Kəmərkuh kəndində suyun azlığına etiraz edilib
MN: Mövqelərimiz atəşə tutulub
ISW: Kreml danışıqları pozmaq məqsədilə Ukrayna ordusunu Kursk vilayətində hərbi cinayətdə günahlandıracaq
Kərim İsmayılzadənin vəziyyəti haqqında məlumat yoxdur
Yusif Kari, Tohid Əmiramini və Hadi Təvəküli haqqında həbs qərarı çıxarılıb
Tramp administrasiyasının rəsmiləri Husilərə görə İrana xəbərdarlıq edib
Zelenski: Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı davam edir, qoşunların mühasirəsi yoxdur
İran yeni əskinas buraxdı
Sünni din xadimi hökumətə etiraz etdi - Bu qeyri-insani hərəkətdir
Rusiya İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
İran sistematik şəkildə insan hüquqlarını pozur - BMT
Lukaşenko: Vladimir Putinə Kiyevdən zəng gəlib
Rusiya İrandan uzaqlaşa bilər
İlham Əliyev Rusiya-Ukrayna müharibəsindən danışdı
Ukrayna atəşkəsə nəzarət etmək üçün qrup yaradır
Əhərin Şuşa kəndində 3000 illik kitabə dağılmaq təhlükəsi ilə üz-üzədir
Suriya sərhəddində böyük hazırlıq
Ukrayna ordusu əks-hücuma keçdi
Makron: Rusiya 30 günlük atəşkəsi qəbul etməlidir
Putin Ukraynanı təslim olmağa çağırdı
Zelenski: “Putin atəşkəs istəmir”
Rusiya xarici işlər nazirinin müavini Quzey Koreyaya səfər edib
Güney Azərbaycanlı kinorejissor və müstəqil jurnalist Məhəmməd Əlimoradi təhdidlərlə üzləşir
43 ölkənin vətəndaşlarının ABŞ-yə girişi məhdudlaşdırılacaq - SİYAHI
Kiyev üzərində 130 Rusiya dronu vurulub
TDT-yə üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçiriləcək
Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb
Amerika Türkiyənin müharibə ilə bağlı dediklərini təkrarlayır
Böyük Britaniya, Putin atəşkəsdən imtina edərsə, Rusiyaya iqtisadi təzyiq göstərməyə çağırıb
Amerika ilə danışıq İslam Respublikasının sonu olacaq - Xaməneinin nümayəndəsi
Heç vaxt, Amerikanın bir hissəsi olmayacağıq
G7 Ukraynaya sarsılmaz dəstək elan etdi
Tramp: Rusiya-Ukrayna savaşını 24 saata bitirəcəyimi deyəndə sarkazm edirdim
Fevralın 13-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
GünazTV Modern.az-a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillər ilə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
İclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib. Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.
Fasilədən sonra Ruben Vardanyan ona dövlət tərəfindən təyin olunan müdafiəçi Azər Məhərrəmovdan imtina etdiyini və hüquqlarının müdafiəsinin müqavilə üzrə vəkili Avraam Berman tərəfindən davam etdiriləcəyini bildirib. İttiham tərəfi və zərərçəkmiş şəxsin nümayəndəsi vəsatətə etiraz etməyib. Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycanın ekologiyasına və təbiətə vurulmuş ziyanı, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib.
Bildirilib ki, 1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.
1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib.
Daha sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Ruben Vardanyana irəli sürülmüş konkret ittihamları elan edib.
O cümlədən bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə məskunlaşıb.
O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pul vəsaitlərini həmtəsisçisi olduğu “humanitar məqsədli” pərdəsi altında fəaliyyət göstərən “Avrora” fondu, “Biz - dağlarımızıq” təşkilatı və sair yardım aksiyaları adı altında toplayaraq həmin vəsaitlər hesabına Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin, əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı qanunsuz əldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusi təşkil etdiyi hərbi anbarlarda saxlayıb.
Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan “yerli özünümüdafiə dəstələri” adlandırdığı, habelə əsasən peşəkar hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinə aylıq muzd ayıraraq verib. Həmçinin “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmin təşkilatın təlimatçıları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməllərinin törədilməsi məqsədilə təlimlərin keçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini verib.
Habelə Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.
Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.
İttihamın elan olunmasını davam etdirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev, həmçinin dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova Ermənistan dövləti tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərinin minalanması və bu yolla hərbi təcavüzün davam etdirilməsi faktlarını səsləndirib. Xüsusilə vurğulanıb ki, işğal olunmuş ərazilərdə basdırılan minaların bir hissəsi Ermənistanda istehsal olunub.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi bildirilib. Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin olunub.
Ş.E
Azərbaycan ən təhlükəsiz ölkələr sırasında
Tramp martın 18-də Putinlə danışmaq niyyətindədir
İran nüvə proqramının bütün aspektlərindən əl çəkməlidir - Uolts
"Traxtur" yenidən liderliyə yüksəldi
"Arka" adlı uşağın adı Türkcə olduğu üçün 6 aydır şəxsiyyət vəsiqəsi almayıb
Zənganın Kəmərkuh kəndində suyun azlığına etiraz edilib
ISW: Kreml danışıqları pozmaq məqsədilə Ukrayna ordusunu Kursk vilayətində hərbi cinayətdə günahlandıracaq
Kərim İsmayılzadənin vəziyyəti haqqında məlumat yoxdur
Yusif Kari, Tohid Əmiramini və Hadi Təvəküli haqqında həbs qərarı çıxarılıb
Tramp administrasiyasının rəsmiləri Husilərə görə İrana xəbərdarlıq edib
İran yeni əskinas buraxdı
Sünni din xadimi hökumətə etiraz etdi - Bu qeyri-insani hərəkətdir
İran sistematik şəkildə insan hüquqlarını pozur - BMT
Rusiya İrandan uzaqlaşa bilər
İlham Əliyev Rusiya-Ukrayna müharibəsindən danışdı
Əhərin Şuşa kəndində 3000 illik kitabə dağılmaq təhlükəsi ilə üz-üzədir
Ukrayna ordusu əks-hücuma keçdi
Rusiya xarici işlər nazirinin müavini Quzey Koreyaya səfər edib
Güney Azərbaycanlı kinorejissor və müstəqil jurnalist Məhəmməd Əlimoradi təhdidlərlə üzləşir
Kiyev üzərində 130 Rusiya dronu vurulub
Qazaxıstanın Türküstan şəhərinə özəl status verilib
Təbrizdə təcili yardım işçiləri də etiraz aksiyası keçirdilər
Şərqi Azərbaycanda quraqlıq olacaq- Su anbarları boşalıb
Zelenski: Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı davam edir, qoşunların mühasirəsi yoxdur
Qərbi Azərbaycanda kürd terror qruplaşmalarının tərəfdarlarının Novruz bəhanəsi ilə qızışdırılması davam edir
BMT Güney Azərbaycanla bağlı hesabat hazırladı
Təhlükəsizlik məmurları təbrizli xanım fəalın evinə hücum edib
Panİranistlər Şərqi Azərbaycan valisinə qarşı əks-təbliğata başlayıblar
Qoşaçaylı müəllim təhlükəsizlik idarəsinə çağırılıb
Mühacirlər Urmuda bayram şənliyi keçirəcək
SEPAH-ın Birinci Naziri: Biz deyirdik ki, TBT Təbrizli Tərbiyəsiz Türk deməkdir!
ABŞ İrana bağlı cinayətkar şəbəkəyə sanksiya tətbiq etdi
İrana qarşı tətik mexanizmini işə sala bilərik - Britaniya
Traxtur uduzdu, rəqib komanda təhqiramiz paylaşım etdi
Həmədanlı şair və həyat yoldaşına həbs cəzası verildi
Ukrayna ordusu əks-hücuma keçdi
Qaraqışlaq quruyur - Güney Azərbaycanda daha bir ekoloji problem
İran yeni əskinas buraxdı