SON XƏBƏRLƏR

Traxtor klubunun Sahibi: İrqçi Davranışları İran Yayım Korporasiyası və Federasiya idarə edir

2025.02.15, 11:14
Traxtor klubunun Sahibi: İrqçi Davranışları İran Yayım Korporasiyası və Federasiya idarə edir

Traxtor klubunun sahibi Məhəmməd Rza Zunuzi Tehranda “Perspolis” azarkeşlərinin türklərə qarşı səsləndirdiyi irqçi şüarlara toxunaraq deyib: “İnanıram ki, bunu İran Yayım Korporasiyası və bəzi federasiya rəsmiləri edir.”

Gunaz.tv

İran Futbol Federasiyasının nizam-intizam komitəsinin oyunla bağlı verdiyi qərara toxunan Zunuzi ədalətə lazımınca əməl olunmadığını və verilən qərarlardan Persepolisin faydalandığını bildirib.

“Traxtur” klubunun sahibi eyni zamanda Tehrandan olan komandaların rəftarındakı fərqliliyə etiraz edib və İran Yayım Korporasiyasını bu vəziyyətin əsas günahkarlarından biri kimi göstərərək deyib: Mövcud olan problem, ilk növbədə, İran Yayım Korporasiyasının günahıdır. “Sepahan-Tiıraxtur oyunu kimi məsələlərin əsas günahkarları İran Yayım Korporasiyası və Futbol Federasiyasının qurumlarıdır, çünki onlar lazım olan kimi davranmırlar”.

Qeyd edək ki, İranda son yüz ildə irqçilik və anti-türkçülük institutlaşdırılıb və bu ölkədəki türklər tez-tez farslar tərəfindən aşağılanma və irqçi təhqirlərə məruz qalırlar. İran rəsmiləri sistemli şəkildə irqçiliyi cəmiyyətə pompalayırlar. İranın dərsliklərində, mediasında, rəsmi mətbuatında türklər aşağılanır, onların tarixi və kimliyi təhrif edilir. Fars şəhərlərindəki stadionlarda dəfələrlə “Türkə ölüm” şüarı səsləndirilib, türklər alçaldılıb, təhqir edilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar