SON XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı sazişi təsdiqlədi

2025.02.17, 13:14
İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edildi.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 17-də fərman imzalayıb.

 

Fərmana əsasən, 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Fərmanda deyilir: "Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. Azərbaycanın Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərsin".

 

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar