SON XƏBƏRLƏR

AZAL təyyarəsi ilə bağlı son dəqiqə açıqlaması

2025.02.19, 10:45
AZAL təyyarəsi ilə bağlı son dəqiqə açıqlaması

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın başa çatması üçün son müddət açıqlanıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadənxəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələbləri, standartları və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma 1 il çəkir. Müvafiq olaraq, yekun araşdırma hesabatı bu ilin dekabr ayına qədər tamamlanmalıdır", - deyə Lastayev bildirib.

Nəqliyyat nazirinin müavini qəzaya dair cinayət təhqiqatının gedişatını şərh etməyib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Fevralın 2-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatı təqdim edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar