SON XƏBƏRLƏR

Beynəlxalq Ana Dili Günü - Güney Azərbaycanda mədəni eyləmlər keçirilir

2025.02.20, 09:19
Beynəlxalq Ana Dili Günü - Güney Azərbaycanda mədəni eyləmlər keçirilir

Hər il olduğu kimi bu ildə Güney Azərbaycan şəhərlərində 21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində mədəni eyləmlər keçirilir.

Gunaz.tv

Bu barədə sosial şəbəkədə mədəni fəallar paylaşımlar ediblər.

Urmu, Uçan (Bostanabad), Xiyav (Meşgin), Muğan, Ərdəbil şəhərlərində uşaqlara Azərbaycan türkcəsində dərslik və uşaq kitabları paylanılıb.

Mədəni fəallar "Kimlik qalamız, ana dilimiz" şüarı ilə mədəni tədbirin qarşıdakı günlər başqa şəhərlərdə də keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, hər il 21 fevral Beynəlxalq Ana Dili günü, 1946-cı ilin 17 dekabrında Azərbaycan dilində kitabların yandırılmasının ildönümü günü və İranda yeni təhsil ilinin başlanması ilə əlaqədar oxşar tədbirlər keçirilir.

İran Konstitusiyasının 15-ci maddəsində qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 45 ildir ki, bu prinsipin həyata keçirilməsinə mane olub və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar