SON XƏBƏRLƏR

Turan İbrahimov: Bu hərtərəfli kiberhücumdur

2025.02.20, 13:09
Turan İbrahimov: Bu hərtərəfli kiberhücumdur

Xəbər verdiyimiz kimi, “Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.

Gunaz.tv

Bu kiberhücumlarla əlaqədar hazırda “Report.az”, “Oxu.az”, "Media.az", "Baku.ws", ''Caliberaz" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.

Baku TV-də Qərbi Azərbaycan departamentinin rəhbəri, tanınmış aparıcı Turan İbrahimov özünü Facebook səhifəsində bildirib ki, təşkil olunmuş hücum hərtərəfli hücumdur.

 

Turan İbrahimov: "10 ildən sonra Azərbaycan tamam fərqli mentalitetdə  olacaq"

 

"Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.

Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.

Xüsusi qeyd etmək istərdik ki, bu adi DDOS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur. Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır."

Qeyd edək ki, kiberhücumların Hüseynçilər terror təşkilatı tərəfindən edildiyi ehtimal olunur. Hüseynçilər — Azərbaycanı İslam Respublikasına çevirmək məqsədi daşıyan  şiə islamçı antihökumət və terror təşkilatıdır. Təşkilat İran tərəfindən maliyyələşdirilir və dəstəklənir.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar