SON XƏBƏRLƏR

Günüy Azərbaycanda mədəni aksiyalar davam edir

2025.02.21, 15:13
Günüy Azərbaycanda mədəni aksiyalar davam edir

21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Güney Azərbaycan şəhərlərində mədəni aksiyalar keçirilir.

Gunaz.tv

Bu barədə yerli mədəni fəallar sosial media şəbəkəsində paylaşımlar ediblər.

Məlumata görə, Marağa və Sulduz şəhərlərində uşaqlara Azərbaycan dilində dərslik və uşaq kitabları paylanılıb.

Fəallar "Kimlik qalamız, ana dilimiz" şüarı ilə mədəni tədbirin qarşıdakı günlər başqa şəhərlərdə də keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, bir neçə gündür Xiyav, Muğan, Ocan, Ərdəbil, Təbriz, Urmu və başqa şəhərlərdə də oxşar aksiyalar keçirilir.

GenazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar