SON XƏBƏRLƏR

Xocalıda mina partladı — Nağı İmanov yaralandı

2025.02.22, 12:24
Xocalıda mina partladı — Nağı İmanov yaralandı

İşğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Ağdam rayon sakini 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb. Onun sağ ayağı topuq hissəsindən amputasiya olunub. Xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur. Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, əslən Ağdərə rayon Sırxavənd kəndindən olan N. İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış hərbçisidir.

Bundan başqa Qarabağ müharibəsinin ilk illərində ermənilər onun atasını və qardaşını faciəvi şəkildə qətlə yetiriblər.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar