SON XƏBƏRLƏR

Ana dili günü mərasimi- Təbrizdə Azərbaycan xalq mahnıları ifa edildi

2025.02.22, 12:29
Ana dili günü mərasimi- Təbrizdə Azərbaycan xalq mahnıları ifa edildi

Dünən fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə Təbrizdə çox sayda insanın iştirakı ilə mədəni tədbir keçirilib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, tədbir Təbrizin məşhur "Ətləs" ticarət kompleksində baş tutub.

Azərbaycanlı qız və oğlan sənətçilərdən ibarət musiqi qrupu Azərbaycan dilində mahnılar səsləndiriblər.

Bununla yanaşı flutda ifa edən yüzlərlə yeniyetmə və məktəbli onları müşayiət edib.

Yayılan videolarda mərasimə qatılmaq üçün "Ətləs" kompleksinə toplaşan təbrizlilərin də Azərbaycan xalq mahnılarını ifa etdikləri müşahidə olunur.

Mərasim azərbaycanlı mdəniyyət xadimlərinin və "Ətləs" ticarət mərkəzinin rəhbərliyinin şəxsi təşəbbüsü ilə keçirilib.

Yerli fəalların yaydıqları məlumatlara əsasən, mərasimə qatılmaq üçün insanların axınının artması və iziham yaranmasından sonra, hakimiyyət orqanları mədəni tədbirin vaxtından əvvəl başa çatmasına çalışıblar.

GünazTV   

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar