SON XƏBƏRLƏR

Raduslav Şikorski: İran sabitliyi pozan hərəkətlərini dərhal dayandırmalıdır

2025.02.25, 10:40
Raduslav Şikorski: İran sabitliyi pozan hərəkətlərini dərhal dayandırmalıdır

İslam Respublikası BMT Nizamnaməsinə zidd olaraq hələ də sabitliyi pozan hərəkətlərini və ideologiyasını ixrac edir və bunu dərhal dayandırmalıdır.

Gunaz.tv

Bunu Polşanın xarici işlər naziri Raduslav Şikorski deyib.

Nüvə İranı Əleyhinə Alyans və NATO-ya üzv dövlətlərin Nyu Yorkda İranın "Şahid" pilotsuz uçan aparatının qalıqlarını nümayiş etdirmək üçün təşkil etdiyi birgə mərasimdə çıxışı zamanı İranın Rusiyaya hərbiyardımına toxunub:

“Bu pilotsuz təyyarə İslam Respublikası ilə Rusiya arasında sıx hərbi əlaqələri göstərir. İslam Respublikası eyni pilotsuz təyyarə ilə İsrailə hücum edib. Rusiya isə bu dronlarla yüzlərlə Ukrayna vətəndaşını öldürüb”.

Raduslav Şikorski Rusiyanın adı çəkilən PUAlarla Ukraynaya 7 min dəfə hücum etdiyini söyləyib və həmin PUA-nın ələ keçirilib nümayş etdirilməsinə nail olduqlarına görə ukraynalı əsgərlərə minnətdarlıq edib.

Radoslav Şikorski İran PUA-sının Amerika torpaqlarında nümayişinə toxunaraq İran liderlərinə müraciət edərək xəbərdarlıq edib: 

“Bu xəbərdarlıqdır. Nə etdiyinizi bilirik. Bu hərəkətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə ziddir və bu hərəkətləri dayandırın”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar