SON XƏBƏRLƏR

Ruben Vardanyan bu gün ifadə verəcək

2025.02.25, 12:44
Ruben Vardanyan bu gün ifadə verəcək

Azərbaycan və azərbaycanlılara qarşı işgəncə, muzdluluq, müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Gunaz.tv

Cinayət işinə Bakı Məhkəmə Kompleksinin inzibati binasında baxılır.

Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev rəhbərlik edir. Hakimlər heyətinə Anar Rzayev və Camal Ramazanov da daxildir.

Qeyd edək ki, sonuncu məhkəmə iclasında dövlət ittihamçıları tərəfindən ittiham aktının elanı başa çatdırılıb. Ardınca məhkəmə iclasında hakim qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə özünü təqsirli bilib-bilməməsinə dair suallar ünvanlayıb. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlara etiraz əlaməti olaraq verilmiş suallara cavab verməkdən imtina edib.

Bakı Məhkəmə Kompleksində baş tutan iclasda Ruben Vardanyanın cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsi başa çatıb. Ona ittiham olunduğu ittihamın mahiyyəti, eyni zamanda hüquqları izah olunub.

Teleqraf-ın xəbərinə görə, bugünkü prosesdə Ruben Vardanyan ifadə verməlidir. O, özünün seçdiyi vəkillə, başa düşdüyü dildə tərcüməçi ilə təmin edilib.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar