SON XƏBƏRLƏR

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq

2025.02.25, 13:31
Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə başlanan I Qarabağ müharibəsi (1991–1994) zamanı Ermənistan tərəfindən Şərqi Zəngəzur və Qarabağ işğal edilərək dağıdılmış, Azərbaycan xalqına qarşı ən ağır beynəlxalq cinayətlər törədilmişdir.

Sərəncama əsasən, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 479 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.29-cu yarımbəndində göstərilmiş məbləğin 18,3 milyon manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Soyqırımı Memorial Kompleksinin yaradılması məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar