SON XƏBƏRLƏR

Qeyri-fars dillərlə bağlı yenidən vəd verildi - Qanun layihəsi müzakirə edilib

2025.02.25, 14:09
Qeyri-fars dillərlə bağlı yenidən vəd verildi - Qanun layihəsi müzakirə edilib

İran parlamentinin açıq iclasında məktəblərdə "etnik dillərin ədəbiyyatının tədrisinə" dair qanun layihəsinin müzakirə edilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

"İran parlamentinin sədr müavini Həmidrza Hacıbabayinin rəhbərliyi və 221 deputatın iştirakı ilə İran konstitusiyasının 15-ci maddəsi müzakirəyə çıxarılıb",- məlumatda bildirilib.

İclasın təfərrüatları və qanun layihəsinin qəbul edilib-edilmədiyi barədə rəsmi məlumat yayılmayıb və İran mediası iclasda müzakirə olunan məsələlərlə bağlı əlavə məlumat dərc etməyib.

Təbrizin İran parlamentindəki millət vəkili və İran parlamentinin Təhsil Komissiyasının sədri Əlirza Münadi Sefidan əsələ ilə bağlı özünün sosial media hesabında paylaşım edib.

"Əgər bu layihə təsdiqlənsə, Təhsil Nazirliyi xüsusi müəllimlər hazırlamaq və yerli dillərin ədəbiyyatını şagirdlərə tədris etmək üçün proqram tərtib etməyə məcbur olacaq”,- Munadi yazıb.

Bundan əvvəl də həmin maddənin icrası ilə bağlı bir neçə dəfə məsələ qaldırılıb və müzakirəyə çıxarılsa da, bu günə kimi bu istiqamətdə əməli addım atılmayıb.

2021-ci ilin dekabr ayında da təbrizli millət vəkili Əlirza Munadi qeyri-fars dillərin ədəbiyyatını tədrisi ilə bağlı məsələyə baxıldığını deyib, bir müddət sonra isə bununla bağlı sualları cavablandırmaqdan çəkinib.

Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsi qeyri-fars dillərin tədrisini deyil, sadəcə etniklərin ədəbiyatının tədrisini nəzərdə tutur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar