SON XƏBƏRLƏR

İranda türk düşmənləri qaşqay şəhidlərinin posterini zədələyiblər

2025.02.26, 11:22
İranda türk düşmənləri qaşqay şəhidlərinin posterini zədələyiblər

Şiraz-Kuhçinar marşrutu üzrə Qaşqay Şəhidləri Magistral Yolunda olan nişan yenidən vandalizmə məruz qalıb.

Gunaz.tv

Bu vandalizm eyləmi son bir ildə baş verən ikinci belə hadisədir.

İranşəhri faşist qruplar yol nişanının üstünə boya səpərək onu zədələyiblər.

Sosial şəbəkələrdə yayılan görüntülərdən görünür ki, Qaşqay türk gənci səpilən sprey boyanı təmizləməyə çalışır.

Qeyd edək ki, Qaşqay türkləri qırx min imza toplayaraq İsfahan-Şiraz yolunun “Qaşqay” adlandırılmasını istəmişdilər. ancaq rəsmilər onların bu istəyi ilə razılaşmayaraq, Şirazdan Çinar dağına gedən marşrutda kiçik bir avtomobil yoluna “Qaşqay şəhidləri” adını vermişdilər.

Bununla belə, görünür, İranda türk düşmənliyi o qədər xroniki hal alıb ki, hətta bu adlanmanı belə türklərə çox görüb onu məhv etməyə çalışırlar.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar