SON XƏBƏRLƏR

İranın nüvə proqramını dayandırmaq üçün vaxt daralır- Saar

2025.02.26, 14:33
İranın nüvə proqramını dayandırmaq üçün vaxt daralır- Saar

İranın nüvə proqramını dayandırmaq üçün vaxt daralır və onun silahlanmasının qarşısını almaq üçün hərbi variantdan istifadə etmək lazım gələ bilər. 

Gunaz.tv

Bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar deyib.

Onun sözlərinə görə, İsrail indi İranatəzyiqi artırmaq üçün Donald Trampın dəstəyini almaq istəyir.

nazir İranın iki atom bombası əldə etmək üçün kifayət qədər nüvə zənginləşdirdiyini söyləyib və buna görə də, İsrail və başqa ölkələrin tələsməli olduqlarını bildirib.

“İsrail hələ də diplomatik yol axtarır, ancaq bu yanaşmanın uğur qazanacağı ehtimalı azdır”,- Saar əlavə edib.

Xarici işlər naziri İranın nüvə proqramınının qarşısının alınmamasını İsrailin təhlükəsizliyi üçün fəlakət kimi qiymətləndirib və bunun Yaxın Şərqdə sabitliyi dahada pozacağı barədə xəbərdarlıq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar