SON XƏBƏRLƏR

Müctəba Əbdoli Beynəlxalq Ana Dili Günündə türkcə kitablar yaydığı üçün həbs edilib

2025.02.27, 11:19
Müctəba Əbdoli Beynəlxalq Ana Dili Günündə türkcə kitablar yaydığı üçün həbs edilib

Uçan şəhərindən olanmədəni fəal Müctəba Əbdoli 22 fevral tarixində SEPAH qüvvələri tərəfindən həbs edilib və onun vəziyyəti ilə bağlı hələlik heç bir xəbər yoxdur.

Gunaz.tv

Yerli məlumatlara görə, o, fevralin 21-də Beynəlxalq Ana Dili Gününə təsadüf edən türkcə kitablar paylağına görə həbs edilib.

Bu azərbaycanlı türk fəalın ailəsi həbs olunduqdan sonra məhkəmə və təhlükəsizlik qurumlarına müraciət etsə də, onun harada olması və vəziyyəti ilə bağlı hələ də dəqiq cavab almayıb.

Qeyd edək ki, bir neçə gün öncə İranın təhlükəsizlik rəsmiləri Marağada Beynəlxalq Ana Dili Günündə türkcə kitablar yaydığına görə digər azərbaycanlı türk fəal Məhəmməd Əsədi həbs etmişdilər.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar