SON XƏBƏRLƏR

"Traxtur" isfahanlı rəqibi ilə qarşılaşmada liderliyini qoruyub saxladı

2025.02.27, 17:19
"Traxtur" isfahanlı rəqibi ilə qarşılaşmada liderliyini qoruyub saxladı

Təbrizin “Traxtur” futbol komandası İran Premyer Liqanın 21-ci həftəsinin oyunları çərçivəsində növbəti qarşılaşmasını keçirib.

Gunaz.tv

Güney Azərbaycan təmsilçisi İsfahanın “Sepahan” komandası ilə üz-üzə gəlib.

Fevralın 27-də yerli vaxtla saat 14:30-da Təbrizin Səhənd (Yadiqari İmam) stadionunda baş tutan qarşılaşma 0-0 hesabı ilə qolsuz başa çatıb.
 
Bu nəticədən sonra xallarını 46-ə çatdıran “Traxtur" reytinq cədvəlində liderliyini qoruyub saxlayıb.

“Sepahan” 45 xalla 2-ci pillədə qərarlaşıb.

100 minə yaxın tamaşaçının toplaşdığı Səhənd stadionunda Azərbaycan dilində milli şüarlar səsləndirilib.

Azərbaycanlı tərəfdrlar İran parlamentinin qeyri-fars dillərin tədrisi barədə qanun layihəsini təsdiq etməməsinə etiraz olaraq "türk dilində mədrəsə, olmalıdır hər kəsə" və başqa bu kimi şüarlar səsləndiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar