SON XƏBƏRLƏR

Müctəba Abdalinin vəziyyəti haqqında məlumat yoxdur

2025.03.02, 11:05
Müctəba Abdalinin vəziyyəti haqqında məlumat yoxdur

Beynəlxalq Ana Dili Günündə türkcə kitab paylağına görə həbs edilən Uçan şəhərində yaşayan azərbaycanlı fəal Müctəba Abdali bir həftədən çox vaxt keçməsinə baxmayaraq hələ də həbsdədir və onun vəziyyəti haqqında heç bir xəbər yoxdur.

Gunaz.tv

Bu Azərbaycanlı fəalın ailəsinə yaxın olan məlumatlı mənbə xəbəri təsdiqləyib:

"Beynəlxalq Ana Dili Günü münasibəti ilə türkcə kitablar paylayan Müctəba Abdali fevral 22-də Uçan şəhərində SEPAH kəşfiyyatçıları tərəfindən həbs edilib. Lakin onun harada olması barədə məlumat yoxdur. Bu vəziyyət onun ailəsi və ətrafındakıların narahatlığına səbəb olub.

Fəalın ailəsi həbsdən sonra məhkəmə və təhlükəsizlik qurumlarına müraciət etsə də, onun harada olması və vəziyyəti ilə bağlı hələ də dəqiq cavab almayıb.

Qeyd edək ki, İranın təhlükəsizlik rəsmiləri Marağada Beynəlxalq Ana Dili Günündə türkcə kitablar yaydığına görə digər azərbaycanlı türk fəal Məhəmməd Əsədi də həbs ediblər.

Son bir neçə ildə İran hökuməti Güney Azərbaycanda onlarla ana dili müdafiəçisini həbs edib və təzyiqlərə məruz qoyub.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar