SON XƏBƏRLƏR

Məhəmməd Cavad Zərif istefa verdi

2025.03.03, 09:00
Məhəmməd Cavad Zərif istefa verdi

İran Prezidenti Məsud Pezeşkianın strateji məsələləri üzrə müavini Məhəmməd Cavad Zərif iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmatinin impiçment elan edilməsindən sonra istefa verib.

Gunaz.tv

Bu barədə mediası məlumat yayıb.

Bildirilib ki, vitse-prezident istefasını İran parlamentinin iclasından sonra təqdim edib. Həmin iclasda Himmati vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd olunub ki, Prezident Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

Xatırladaq ki, Zərif ötən ilin avqustunda da istefa vermişdi, ancaq Pezeşkian onun istefasını qəbul etməmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar