SON XƏBƏRLƏR

Türk mütəxəssis Suriyanın yeni konstitusiyasının hazırlanmasına cəlb edildi

2025.03.03, 13:29
Türk mütəxəssis Suriyanın yeni konstitusiyasının hazırlanmasına cəlb edildi

Suriya Prezidenti Əhməd Şəranın əmri ilə keçid dövrü üçün yeni konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaradılıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Suriya rəhbərinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Suriya xalqının qanunun aliliyinə əsaslanan dövlət qurmaq istəyinə və Suriya Milli Dialoq Konfransının nəticələrinə əsaslanaraq, keçid prosesini tənzimləyəcək konstitusiya layihəsinin hazırlanması üçün ekspertlər komitəsinin yaradılması haqqında fərman verib”, - məlumatda deyilir.

Konstitusiya layihəsini hazırlayacaq komandanın tərkibində yer alan hüquqşünas Avakın Mardin türkiyəlidir. Onun Mardin Artuklu Universitetinin Siyasi Elm və Beynəlxalq Əlaqələr fakültəsinin professoru olduğu öyrənilib.

 

 

Ş.E

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar