SON XƏBƏRLƏR

İranda edama məhkum edilənlərin sayı açıqlandı

2025.03.04, 12:43
İranda edama məhkum edilənlərin sayı açıqlandı

İran həbsxanalarında edama məhkum edilmiş 7 min məhbus var və onlardan 54 nəfəri barədə siyasi fəaliyyətlərinə görə ölüm cəzası çıxarılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları İranlı universitet müəllimi və sosioloq Əhməd Buxarayiyə istinadən məlumat yayıb.

Bildirilib ki, xüsusən syasi fəaliyyətlərinə görə həbs edilənlərin əksəriyyəti mühakimə zamanı vəkil və ədalətli müdafiə imkanlarından məhrum olublar.

Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və insan haqları təşkilatları onların 975-nin kimliyi müəyyənləşdirilib.

Bu son 30 il ərzində İranda həyata keçirilən ən yüksək edam sayıdır.

 GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar