SON XƏBƏRLƏR

Milli fəallar müvəqqəti azadlığa buraxıldı

2025.03.04, 13:53
Milli fəallar müvəqqəti azadlığa buraxıldı

Fevralın 22-də təhlükəsizlik məmurları tərəfindən həbs edilən milli fəallar müctəba və Mustafa Əbdüli 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, fevralın 22-də təhlükəsizlik məmurları tərəfindən fərqli yerlərdə saxlanılan fəallar Təbriz həbsxanasına köçürülüb, orada qeydiyyatdann keçirildikdən sonra İran Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin (ETTELAAT) təcridxanasına köçürülüblər.

Bununla yanaşı məmurlar Mustafa Əbdülinin mağazasını möhürləyib və fəaliyyətinə qadağa qoyublar.

Milli fəalların 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə türk dilində kitablar payladıqlarına görə cəzalandırıldıqları bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar