SON XƏBƏRLƏR

İrandan Zəngəzur dəhlizi ilə bağlı yeni təxribat planı

2025.03.05, 13:32
İrandan Zəngəzur dəhlizi ilə bağlı yeni təxribat planı

“İran Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı planlarını neytrallaşdırmaq üçün Ermənistanla strateji razılaşma əldə etmək istəyir”.

Gunaz.tv

GünazTV "Globalinfo.az"-a istinadən xəbər verir ki, bu iddia ilə “Eghtesad News” qəzeti çıxış edib.

Məlumata görə, İran Ermənistanla ortaq mövqeyi vasitəsi ilə bir tərəfdən Azərbaycan və Türkiyənin hərəkətlərinə təsir göstərməyi, digər tərəfdən isə Cənubi Qafqaza, o cümlədən İrəvan bazarına çıxış əldə etməyi hədəfləyir.

Lakin Donald Trampın Amerikada yenidən hakimiyyətə gəlməsi səbəbindən bu planın həyata keçirilməsi çətinləşir.

Daha əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani bəyan edib ki, İrəvan və Tehran iki ölkə liderləri tərəfindən imzalanacaq hərtərəfli strateji saziş hazırlayır. Səfirin sözlərinə görə, gözlənilən saziş uzunmüddətli olacaq.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar