SON XƏBƏRLƏR

Türkiyə İranın şimaı qərbini bombalaya bilər- Ekspert

2025.03.07, 16:53
Türkiyə İranın şimaı qərbini bombalaya bilər- Ekspert

Qarşıdakı yaz aylarında ya ABŞ-nin iştirakı və ya onsuz İsrailin İranın nüvə təsisatlarına hava hücumları etməsi gözləniləndir və 2024-ci ildə İran dünyada barəsində ən çox danışılan ölkə olacaq.

Gunaz.tv

Bunu türkiyəli Orta Doğu üzrə siyasi şərhçi Mete Sohatoğlu "Haber Qlobal" televizya kanalındakı çıxışında deyib.

"İran öz torpaqlarında PKK və PEJAJ terror təşkilatlarında ev sahibliyini davam edəcəyi təqdirdə, Türkiyə hava qüvvələri İraqın quzeyində Süleymaniyyənin Pəncveyn bölgəsində olduğu kimi terrorçuların İranın şimal qərbindəki yerləşən bazaları da bombalaya bilər",- o bildirib.

Sohat oğlu, İranda iqtisadi problemlərə, xüsusən elektrik kəsintiləri səbəbindən baş yenidən başlayan narazılıqvə gərginliyə diqqət çəkərək, Tehranın terror təşkilatlarına dəstəyini kəsmədiyi halda daha ciddi təpkilərlə qarşılaşacağını söyləyib.

Şərhçi, bununla yanaşı İranın Suriyada baş verən və bundan sonra baş verəcək hadisələrl=dəki rolunun da ona qarşı reaksiyaların necə olacağına təsir edəcəyini deyib.

Qeyd edək ki, İran Suriyada nüfuzunu bərpa etmək üçün yenidən silahlı qruplaşmaların dirçəlməsinə can atır, başda ölkə rəhbəri Əi Xamənei olmaqla İran rəsmiləri Suriyalı gəncləri üsyana çağıran bəyanatlar səsləndirirlər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar