SON XƏBƏRLƏR

İran İsveç səfirini XİN-ə çağırdı

2025.03.10, 10:43
İran İsveç səfirini XİN-ə çağırdı

İsveçin İrandakı səfiri Matias Otterstedt İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

İran mediası "bəzi İsveç rəsmilərinin İrana qarşı səsləndirdiyi açıqlamalara etiraz etmək üçün" səfirin çağırıldığını yazb.

"İran Xarici işlər Nazirliyinin Qərbi Avropa Üçüncü Departamentinin rəhbəri Şəhram Qazizadə İsveçin təhsil nazirinin İrana qarşı açıqlamalarını tənqid edib və bu bəyanatları beynəlxalq hüquq standartlarına və diplomatik qaydalara zidd adlandırıb”,- məlumatda bildirilib. 

Qeyd edək ki, ötən həftə İsveç Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfirini çağıraraq, Tehranın Evin həbsxanasında saxlanılan Güney azərbaycanlı alim, İsveç-İran ikili vətəndaşlığı olan Əhmədrza Cəlalinin humanist səbəblərə görə dərhal azad edilməsini tələb edib.

Calalinin sağlıq durumunun ağır olduğuna diqqət çəkn İsveç XİN-i, ona tibbi xidmət göstərilməsini tələb edib və onun barəsində çıxarılan edam hökmünün ləğv edilməsini istəyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar