SON XƏBƏRLƏR

Qoşaçaylı müəllim təhlükəsizlik idarəsinə çağırılıb

2025.03.10, 12:09
Qoşaçaylı müəllim təhlükəsizlik idarəsinə çağırılıb

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan milli fəal Calal Küdürlü, martın 9-da təhlükəsizlik idarəsinə çağırılıb.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, fəal bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

Onun çağırılması və dindirilməsi səbəbi barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, təqaüdçü müəllim olan Küdürlü, ürək-damar və şəkər xəstəliklərindən əziyyət çəkir.

O, bundan əvvəl 2022-ci ilin iyul ayında da dinc mədəni fəaliyyətlərinə görə həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar