SON XƏBƏRLƏR

İranlı nazir: Sosial şəbəkə məhdudiyyətləri davam edəcək

2025.03.10, 12:28
İranlı nazir: Sosial şəbəkə məhdudiyyətləri davam edəcək

Sosial şəbəkəyə tətbiq edilən filtrlərin aradan qaldırılması tezliklə baş verməyəcək.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bunu İranın rabitə və texnologiya naziri Səttar Haşimi bildirib.

Jurnalistlərin “YouTube” və “Telegram” kimi kanallara tətbiq edilən məhdudiyyətin aradan qaldırılacağı müddətlə bağlı sualına cavabında nazir deyib ki, bu istiqamətdə işlər görülür, ancaq konkret vaxt barədə fikir söyləyə bilmir.

Onun sözlərinə görə, birinci mərhələdə “WhatsApp” və “Google Play”dən filtrlər qaldırılacaq.

İran Prezidenti Məsud Pezeşkian prezident seçkiləri qabağı təşviqat-təbliğat kampaniyasında sosial şəbəkəyə tətbiq edilən filtrlərin aradan qaldırılacağını vəd etmişdi.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar