SON XƏBƏRLƏR

Kərim İsmayılzadə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

2025.03.11, 10:52
Kərim İsmayılzadə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Güney Azərbaycan Milli Hərəkatının fəalı Kərim İsmayılzadə Təbrizdə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Gunaz.tv

Dünən, 2025-cü il martın 10-u, bazar ertəsi səhər İran hökumətinin təhlükəsizlik qüvvələri Təbrizdə Kərim İsmayılzadənin iş yerinə basqın edərək, bu azərbaycanlı türk fəalı həbs edərək naməlum bir yerə aparıblar.

Həbs səbəbləri, fəalın yeri ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb. Ailəsi və yaxınları onun vəziyyəti ilə bağlı məlumatın olmamasından narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, Kərim İsmayılzadə Güney Azərbaycan türklərinin hüquqları uğrunda göstərdiyi sivil fəaliyyətə görə dəfələrlə İranın təhlükəsizlik agentləri tərəfindən həbs edilib və təzyiqlərə məruz qalıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar