SON XƏBƏRLƏR

Qazaxıstanın Türküstan şəhərinə özəl status verilib

2025.03.13, 11:36
Qazaxıstanın Türküstan şəhərinə özəl status verilib

Qazaxıstanın böyük önəmə sahib tarixi Türküstan şəhərinə özəl status verilib

Gunaz.tv

Martın 3-də Qazaxıstan prezidenti Kasım-Jomart Dokayev “Türküstana xüsusi inzibati statusun verilməsi haqqında” qanunu imzalayıb.

Qanun martın 15-dən qüvvəyə minəcək. Qazaxıstan hökuməti bu qanunla ölkənin cənub-şərqində yerləşən şəhərin və Türküstan bölgəsinin tarixi quruluşunu qorumağa çalışır.

Beləliklə, təxminən 2000 illik tarixi keçmişi olan Türküstan şəhəri Qazaxıstanda xüsusi statusa malik ilk şəhər olub.

Qazaxıstan hökuməti, həmçinin Türküstan şəhərində Xoca Əhməd Yəsəvinin tarixi məqbərəsini qorumaq üçün yeni qanuna uyğun olaraq tarixi abidənin sərhədləri daxilində tikinti üçün ciddi qaydalar müəyyən edib.

Qeyd edək ki, Əhməd Yəsəvinin məzarı YUNESKO-nun Ümumdünya İrs Siyahısındadır.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar