SON XƏBƏRLƏR

Hikmət Hacıyev: Ermənistan konstitusiyasını dəyişdirməlidir

2025.03.13, 13:21
Hikmət Hacıyev: Ermənistan konstitusiyasını dəyişdirməlidir

Ermənistan konstitusiyasında bəzi məqamlar dəyişdirilməlidir. Bu dəyişikliklərdən sonra regionda davamlı sülhü təmin etmək mümkün olacaqdır.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı sülh təşəbbüsünün müəllifi Azərbaycan Respublikasıdır: “Sülh sazişi Azərbaycan tərəfindən Ermənistana təqdim olunub. Amma nəzərə almaq lazımdır ki, Ermənistanın 30 illik işğal dövründə Azərbaycan və insanlıq əleyhinə müharibə cinayətləri unutmaq mümkün deyildir. Bunlar ümumi kontekstdə nəzərdən keçirilməlidir. Cənab prezidentin bugünkü çıxışında da qeyd edildiyi kimi, Ermənistanda konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları hələ də mövcudluğunu qoruyur. Ermənistan konstitusiyasında bəzi məqamlar dəyişdirilməlidir. Bu dəyişikliklərdən sonra regionda davamlı sülhü təmin etmək mümkün olacaqdır. Nəzərə almaq lazımdır ki, münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi birinci hal deyil. Bu xüsusda bir sıra presedentlər də var. Məsələn, götürək Böyük Britaniya ilə Şimali İrlandiya arasında Qutfray 1998-ci il sazişinii, həmin saziş əsasında İrlandiya Respublikasının Şimali İrlandiya ilə əlaqədar olan məsələlərlə bağlı Konstitusiyasında dəyişikliklər edilmişdir. Yəni bu, beynəlxalq münasibətlərdə təsbit olunmuş bir şərtdir"

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar