SON XƏBƏRLƏR

İranda daha bir yazıçı xanım həbs edildi

2025.03.14, 09:26
İranda daha bir yazıçı xanım həbs edildi

Təhlükəsizlik məmurları Gilan əyalətinin Rəşt şəhərində yaşayan yazıçı Nina Gülüstanini həbs edərək Lakan həbsxanasına köçürüblər.

Gunaz.tv

Bu barədə onun həyat yoldaşı Cavad Səccadirad məlumat yayıb.

"Təhlükəsizlik məmurları işıq idarəsinin əməkdaşları olduqlarını deyib və evə daxil olduqda sonra həyat yoldaşımı həbs edib, evdə axtarış apardılar",- o bildirib.

Yazıçının həbs səbəbi və ittihamı barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl martın 2-də də  Kohgiluyə və Boyer Əhməd əyalətinin Dehdəşt şəhərində miliyyətcə lor olan yazıçı, şair və ictimai fəal Mehrqan Namavər həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar