SON XƏBƏRLƏR

Urmuda 3 məhbusun barmaqları kəsiləcək

2025.03.14, 16:46
Urmuda 3 məhbusun barmaqları kəsiləcək

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasında oğurluqda ittiham olunan Hadi Rüstəmi, Mehdi Şahivənd və Mehdi Şərəfianın barmaqları kəsiləcək.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, martın 13-də barmaqlarının kəsiləcəyi barədə adı çəkilən məhbuslara həbsxana rəhbərliyi məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxaql Əfv Təşkilatı İran həbsxanalarında bədən əzalarının kəsilməsi cəzası ilə bağlı bəyanat yayıb və məhkumların bədən əzalarının kəsilməsini tənqid edib.

"Bu amputasiyalar xüsusilə İran hakimiyyətinin insan haqları və insan ləyaqətinə hücumunun dəhşətli təzahürüdür. Amputasiya cəzası məhkəmə hökmü ilə həyata keçirilən işgəncədir və bu  cinayət hesab edilir",- təşkilatın bəyanatda bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar