SON XƏBƏRLƏR

İranda xərçəng qurbanlarının sayı iki dəfə artacaq

2025.03.15, 11:16
İranda xərçəng qurbanlarının sayı iki dəfə artacaq

Yaxın 15 il ərzində ölkədə xərçəngdən ölənlərin sayı iki dəfə artacaq.

Gunaz.tv

Bunu İranın Səhiyyə Nazirliyinin Qeyri-infeksion Xəstəliklərlə Mübarizə Mərkəzinin rəhbəri Cəfər Cəndəqi deyib.

Onun sözlərinə görə, İranda hər il 79 min insan xərçəng xəstəliyindən ölür. Ölkədə hər gün 390-a yaxın yeni xərçəngə yoluxma aşkar edilir.

 Bu, dərman qiymətlərinin artmasının bir çox iranlının uzun müalicə müddəti tələb edən bəzi xəstəliklərin müalicəsini qeyri-mümkün etdiyi birvaxta təsadüf edir.

Qeyd edək ki, İranda xərçəngə yoluxma yaşı başqa ölkələrlə müqayisədə təxminən 10 il aşağıdır və iranlılar daha gənc yaşlarında bu xəstəliyə yoluxurlar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar